"Milli Proqram"a qeydiyyat davam edir

20 avqust 2025

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a qeydiyyat davam edir.



“Coursera” platformasında dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12 mindən çox sahəvi kurs və təlimi “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.



Proqramın əsas məqsədi Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək, vətəndaşların dördüncü sənaye inqilabı texnologiyaları üzrə bilik və bacarıqlarını artırmaq və əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanmasına dəstək verməkdir.



Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub.

Digər paylaşımlar

“Milli Proqram”ın icrası çərçivəsində 98 mindən çox beynəlxalq təlim uğurla başa çatıb

Ətraflı

“Milli Proqram” çərçivəsində 37 mindən çox vətəndaş “Coursera” təlimlərindən faydalanıb

Ətraflı

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb