4SİM-in tərəfdaşlığı ilə keçirilən RobotChallenge Azerbaijan 2026 uğurla yekunlaşdı!

18 iyun 2026

Gənclər və İdman Nazirliyi və “Azercell”in əsas dəstəyi, həmçinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İnnovasiyalar Mərkəzi, “Innoland”, “Azərkosmos” və STEAM Azərbaycanın tərəfdaşlığı ilə ilk dəfə ölkəmizdə təşkil olunan “RobotChallenge” beynəlxalq robototexnika yarışının Azərbaycan mərhələsi uğurla başa çatıb.

 Yarışın əsas nəticələri:
🔹 600-dən çox iştirakçı
🔹 200-dən çox komanda
🔹 7 əsas və 5 alt kateqoriya
🔹 36 mükafatçı komanda

Yarışın yekunlarına əsasən, mükafat qazanan 36 komanda ölkəmizi cari ilin 6-9 avqust tarixlərində Çində keçiriləcək “RobotChallenge” beynəlxalq mərhələsində təmsil etmək hüququ əldə edib.

Çin mənşəli beynəlxalq texnologiya platforması olan “RobotChallenge” gənclərin robototexnika, proqramlaşdırma, mühəndislik və innovasiya sahələrində bilik və bacarıqlarının inkişafını dəstəkləyən nüfuzlu yarışlardan biridir.

Bu təşəbbüs Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə Sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan innovasiya ekosisteminin gücləndirilməsi, rəqəmsal bacarıqların inkişafı və elm-sənaye klasteri 4.0 modelinin formalaşdırılması hədəflərinə xidmət edir.
 

DİGƏR XƏBƏRLƏR

4SİM və “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq müzakirə olunub

XƏBƏRƏ BAXIN

DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb