"4Sİ Akademiyası - Milli Proqram" Oksford Universitetində təqdim olunub

22 iyun 2026

4SİM-in Rəqəmsal İqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva Böyük Britaniyanın Oksford Universitetinin “Saïd Business School” məktəbində keçirilən “Ali təhsilin gələcəyi 2026” (The Future of Higher Education 2026) beynəlxalq tədbirində spiker qismində iştirak edib.

 

“İnnovasiya layihələri və onların təsiri” adlı paneldə çıxış edən şöbə rəhbəri “4Sİ Akademiyası - Milli Proqram” və onun insan kapitalının inkişafına verdiyi töhfələri, Azərbaycanın rəqəmsal bacarıqların inkişafı sahəsində əldə etdiyi təcrübəni və tətbiq olunan innovativ yanaşmaları iştirakçılarla bölüşüb.

 

Tədbir ali təhsil sahəsində fəaliyyət göstərən liderləri bir araya gətirərək süni intellektin təhsilə təsiri, ali təhsilin gələcəyi, qabaqcıl təcrübələrin paylaşılması və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.

 

DİGƏR XƏBƏRLƏR

4SİM və “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq müzakirə olunub

XƏBƏRƏ BAXIN

DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb