Azərbaycanın istehsal və sənaye müəssisələrinin nəzərinə!
Dünya İqtisadi Forumunun (DİF) “Qlobal Mayak” Şəbəkəsinə (Global Lighthouse Network) qoşulmaq istəyən müəssisələr 5 iyul 2026-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər.
“Qlobal Mayak” Şəbəkəsi süni intellekt, sənaye interneti, böyük verilənlər, robototexnika və digər dördüncü sənaye inqilabı texnologiyalarını uğurla tətbiq edərək məhsuldarlıq, keyfiyyət və davamlılıq sahəsində yüksək nəticələr əldə edən qabaqcıl müəssisələri beynəlxalq səviyyədə tanıyan DİF təşəbbüsüdür. “Qlobal Mayak” statusu 4 mərhələli seçim prosesi - müraciət, yerində audit, müstəqil qiymətləndirmə və yekun təsdiq əsasında verilir. Seçilən müəssisələr isə DİF tərəfindən qlobal sənaye liderləri kimi tanıdılır.
“Qlobal Mayak” Şəbəkəsi hazırda 30-dan çox ölkədən və 35 sektordan 220-dən artıq qabaqcıl istehsal nümunəsini özündə birləşdirir və sənaye transformasiyası sahəsində dünyanın ən nüfuzlu platformalarından biri hesab olunur. Şəbəkəyə qəbul edilən müəssisələr “Mayak” (Lighthouse) statusu əldə edirlər.
📅 Növbəti müraciət üçün qeydiyyat cari ilin noyabr ayında başlanacaq.
Əlaqə üçün: Ruslan Zeynalzadə
📧 ruslan.zeynalzade@4sim.gov.az
📞 051 963 00 99
