"Qaranlıq fabriklər" nədir və istehsalın gələcəyini necə dəyişir?

31 avqust 2026

“Qaranlıq fabriklər” (lights-out manufacturing) istehsal proseslərinin robotlar, süni intellekt, sensorlar və avtomatlaşdırılmış sistemlər vasitəsilə minimum insan müdaxiləsi ilə həyata keçirildiyi müəssisələrdir. Bu model bütün fabriki əhatə edə bildiyi kimi, yalnız müəyyən istehsal xətti və ya prosesdə də tətbiq oluna bilər.

 

Dünyada bunun real nümunələri artıq mövcuddur. Dünyada bunun real nümunələri artıq mövcuddur. Çində smartfon istehsal edən yüksək avtomatlaşdırılmış müəssisələrdə bir çox proses insan müdaxiləsi minimuma endirilərək həyata keçirilir. Yaponiyada sənaye avadanlığı və robot komponentləri istehsal olunan bəzi sahələr gecə və həftəsonları da avtonom rejimdə fəaliyyət göstərə bilir. Tayvanda isə yarımkeçiricilərin yığılması və test edilməsi üzrə müəyyən istehsal sahələrində “lights-out” modeli tətbiq olunur.

 

“Qaranlıq fabriklər” sənaye 4.0-ın ən qabaqcıl tətbiqlərindən biridir. “Qaranlıq fabrik”in yaradılması yalnız robotların istehsalata inteqrasiyası ilə məhdudlaşmır. Bunun üçün rəqəmsal infrastruktur, məlumatların idarə olunması, süni intellekt, analitika və robot texnologiyalarının birgə tətbiqi və ən əsası yüksək ixtisaslı mütəxəssislər tələb olunur.

 

Bu model insan əməyini tamamilə əvəz etməkdən daha çox onun xarakterini dəyişir və daha yüksək ixtisas tələb edən fəaliyyətlərə yönəldir.

 

DİGƏR XƏBƏRLƏR

4SİM-in dəstəyi ilə “METAK”da Sənaye 4.0 transformasiyası uğurla həyata keçirilir

XƏBƏRƏ BAXIN

4SİM və “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq müzakirə olunub

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb