Elan: “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın yeni mərhələsinə qoşul

23 sentyabr 2026

Texnologiyaların tətbiqi ilə bağlı çətinlik yaşayırsınız?

Texnoloji transformasiya üçün yol xəritəniz yoxdur?

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” həyata keçirilir. Proqram beynəlxalq ekspertlərlə birgə rəqəmsal iqtisadiyyatın inkişafına, yerli sənaye müəssisələrinin texnoloji səviyyəsinin artırılmasına və innovativ texnologiyaların tətbiqinə, bununla da ölkə iqtisadiyyatının davamlı və rəqabətqabiliyyətli inkişafına töhfə verməyi hədəfləyir.

 

Proqramın məqsədi dövlət dəstəyi ilə qabaqcıl texnologiyaların tətbiqini stimullaşdırılması nəticəsində bizneslərin səmərəliliyini və rəqabət qabiliyyətliliyini artırmaq, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdən ibarətdir.

 

Proqram qoşulan şirkətlərə yerli və beynəlxalq ekspertlərin iştirakı ilə aşağıdakı xidmətlər tam ödənişsiz təqdim olunur:

 

- Texnoloji hazırlıq səviyyəsinin qiymətləndirilməsi;

- Müəssisələr üçün texnoloji transformasiyaya dair fərdiləşdirilmiş yol xəritəsinin hazırlanması;

- Texniki icra dəstəyi, o cümlədən maliyyə resurslarına çıxış.

 

2026-cı ildə proqrama qoşulan 18 müəssisənin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilərək onlar üçün yol xəritəsi hazırlanıb. Artıq bir sıra müəssisələr yol xəritələrinin icrasına başlayıb.

 

Proqrama qoşulma meyarları ilə tanış olmaq və müraciət etmək üçün https://industry4.az/ linkindən keçid edə bilərsiniz.

 

Ətraflı məlumat:

E-poçt: sahil.balazada@4sim.gov.az; 

Tel.: +994 70 622 53 63.

DİGƏR XƏBƏRLƏR

“Baku ID” festivalı çərçivəsində “4Sİ Akademiyası - Milli Proqram” üzrə tərəfdaş qurumların nümayəndələri ilə görüş keçirilib

XƏBƏRƏ BAXIN

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb