4-cü Sənaye İnqilabı Mərkəzləri Süni İntellekt sahəsində əməkdaşlıq edəcək.

06 mart 2024

Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin rəhbərlərinin onlayn görüşü baş tutub. Görüşdə süni intellekt sahəsində DİF-in mərkəzləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub və birgə layihələrin icrası haqqında fikir mübadiləsi aparılıb.

 

Hazırda DİF-in dünya üzrə Dördüncü Sənaye İnqilabı mərkəzlərinin sayı 22-dir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2021-ci il aprelin 1-dən bu şəbəkənin üzvüdür.

 

Qeyd edək ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərov həm də ötən ilin sentyabr ayında yaradılmış DİF-in Süni İntellekt İdarəetmə Alyansının (AI Governance Alliance) dünya üzrə 41 ekspertindən biridir.  

DİGƏR XƏBƏRLƏR

“4Sİ Akademiyası - Milli Proqram”ın ilk ayı uğurla başa çatdı!

XƏBƏRƏ BAXIN

2026-cı ilin TOP 10 inkişaf etməkdə olan texnologiyası

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb