Qırğız Respublikasının nümayəndə heyəti 4SİM-də olub

26 iyul 2024

Qırğız Respublikasının Rəqəmsal inkişaf nazirinin müavini Klim Omelçenkonun rəhbərlik etdiyi müxtəlif qurumların məsul şəxslərindən ibarət nümayəndə heyəti ilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində görüş baş tutub.

 

4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyəti və icra etdiyi layihələr barədə qonaqlara məlumat verib.

 

Rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər, yerli şirkətlərin və startapların rəqəmsal transformasiyaya hazırlığı ilə bağlı reallaşdırılan layihələr, habelə Dünya İqtisadi Forumu ilə əməkdaşlıq istiqamətləri qeyd olunub.

 

Tərəflər gələcəkdə mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

DİGƏR XƏBƏRLƏR

Texnoloji transformasiyanın istehsal müəssisələrinə təsiri

XƏBƏRƏ BAXIN

"Qaranlıq fabriklər" nədir və istehsalın gələcəyini necə dəyişir?

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb