4SİM və DİF-in iştirakı ilə vörkşop keçirilib

11 dekabr 2024

9-10 dekabr 2024-cü il tarixlərində, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dünya İqtisadi Forumunun (DİF) nümayəndələrinin iştirakı ilə 2025-ci il üçün hazırlıq vörkşopu keçirilib.


4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun cari ildəki fəaliyyəti, o cümlədən icra edilən layihə və təşəbbüslərə dair təqdimatla çıxış edib. 


Vörkşopda 2025-ci ildə müştərək prioritetlərə uyğun strateji əməkdaşlıq istiqamətlərini təyin etmək istiqamətində müzakirələr aparılıb.


Xatırladaq ki, 2021-ci ildə əsası qoyulan 4SİM, həm də DİF-in Azərbaycanda affilə edilmiş Dördüncü Sənaye İnqilabı Mərkəzidir.  Hazırda DİF-in dünya üzrə 21 analoji mərkəzi fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

4SİM “Gələcək üçün bacarıqlar” mövzusunda icma nümayəndələri ilə görüş keçirib

XƏBƏRƏ BAXIN

Sumqayıt Sənaye Parkında “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə dair vörkşop keçirilib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb