Müəssisələr necə həm rəqabətə davamlı ola, həm də dayanıqlılıq və əməliyyat mükəmməlliyini təmin edə bilər?

08 aprel 2025

Dünya İqtisadi Forumu (DİF) 2025-ci il üçün "Lighthouse Əməliyyat Sistemi: Məsuliyyətli transformasiyaya doğru" adlı hesabatını dərc edib.

 

DİF və NEOM şirkəti tərəfindən hazırlanmış hesabat rəqəmsal transformasiya, dayanıqlılıq və əməliyyat mükəmməlliyini 6 əsas prinsip üzərində birləşdirərək, sənayenin məsuliyyətli inkişafına praktik yanaşma təqdim edir:

• çevik və dayanıqlı proseslər

• əlaqəli və şəffaf iş axını

• istehsalat mərhələlərinin sinxronlaşması

• əməliyyatlarda ekoloji düşüncə

• daim öyrənən və inkişaf edən komanda ruhu

• sürətli rəqəmsallaşma

 

Hesabatda həmçinin aşağıdakı mövzulara toxunulur:

• 📊 5 pilləli yetkinlik modeli: müəssisələrin əməliyyat proseslərinin tamlığını dəyərləndirərək mərhələli inkişaflarının dəstəklənməsi yanaşması

• 🏭 Əyani nümunələr: Koç Holding və Tata Steel kimi qabaqcıl şirkətlər tərəfindən real tətbiq nümunələri

• 🌱 Davamlı inkişaf və dairəvi iqtisadiyyat prinsipləri: məhsulun istehsalından başlayaraq istifadəsi, təkrar emalı və yenidən istifadəsi

• 🧠 İnsan mərkəzli yanaşma: əməkdaşların bilik və bacarıqlarını artırmaq və onları rəqəmsal alətlərlə gücləndirməyin zərurəti.

 

Lighthouse Əməliyyat Sistemi – sənaye müəssisələri üçün hazırlanmış, rəqəmsallaşma, ekoloji yanaşma və daha səmərəli işləməyi bir araya gətirən sadə, praktik və hər kəs üçün açıq bir yol xəritəsidir. Sadə dildə desək, bu sistem uğurlu müəssiələrin təcrübələrini toplayır və digər müəssisələr üçün nümunəvi yol xəritəsi yaradır.

 

🔗 Ətraflı: https://t.ly/z4glW

 

DİGƏR XƏBƏRLƏR

İİTKM DIF-in "Strateji Zəka" platformasında məzmun təchizatçısı olan ilk dövlət qurumudur

XƏBƏRƏ BAXIN

4SİM ilə Çin təşkilatları arasında əməkdaşlığa dair memorandumlar imzalandı

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb