Süni İntellekt həllərinizi qlobal səviyyəyə daşıyın!

09 aprel 2025

📢 4SİM sizi Dünya İqtisadi Forumu və "Accenture" şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən MINDS proqramında iştirak etməyə dəvət edir!

 

🌍 MINDS (Meaningful, Intelligent, Novel, Deployable Solutions) təşəbbüsü, süni intellekt vasitəsilə sənaye və cəmiyyətlərə real təsir göstərən innovativ həllərin tanınması və beynəlxalq platformalarda təqdim olunması üçün unikal fürsətdir.

 

Proqramın əsas üstünlükləri: 
✅ Uğurlu Sİ tətbiqlərinin Davos Forumu kimi nüfuzlu tədbirlərdə tanıdılması
✅ Qlobal səviyyədə tanınma və yeni tərəfdaşlıqlar qurmaq imkanı
✅ Sənaye liderləri ilə bilik və təcrübə mübadiləsi
✅ Ən yaxşı təcrübələrin paylaşılması və yeni əməkdaşlıq imkanları

 

📌 Kimlər iştirak edə bilər?
•    Özəl sektor nümayəndələri
•    Dövlət qurumları
•    Startaplar və innovasiya ekosistemi üzvləri
•    Ali təhsil müəssisələri və tədqiqat institutları

 

📅 Müraciət üçün son tarix: 18 Aprel 2025
🔗 Müraciət linki – https://initiatives.weforum.org/ai-governance-alliance/the-frontier-minds 

 

Azərbaycanın qabaqcıl süni intellekt layihələrini dünyaya tanıdaq! 

 

📮 Ətraflı məlumat (https://t.ly/6SxKZ) və dəstək üçün bizimlə əlaqə saxlayın.
📧 pmo@4sim.gov.az
📱+994 70 622 53 63

DİGƏR XƏBƏRLƏR

İİTKM DIF-in "Strateji Zəka" platformasında məzmun təchizatçısı olan ilk dövlət qurumudur

XƏBƏRƏ BAXIN

4SİM ilə Çin təşkilatları arasında əməkdaşlığa dair memorandumlar imzalandı

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb