Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi startapçıları Dünya İqtisadi Forumu tərəfindən 24–26 iyun 2025-ci il tarixlərində Çin Xalq Respublikasının Tianjin şəhərində keçiriləcək “Yeni Çempionların İllik Görüşü”nə (Annual Meeting of the New Champions) dəvət edir.
Bu il “Yeni era üçün sahibkarlıq” mövzusuna həsr olunacaq görüşdə biznes, hökumət, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar, akademik çevrələr və media da daxil olmaqla 1600-dən çox qlobal lider iştirak edəcək. Görüş zamanı iştirakçılar çevik, yaradıcı və miqyaslana bilən iqtisadi modellər üzərində fikir mübadiləsi aparacaq, sənaye transformasiyası, iqlim və enerji sahəsindəki yenilikləri müzakirə edəcəklər.
Seçim kriteriyalarına görə startapların yaşı 10-dan az olmalı, törəmə və ya birgə müəssisə olmamalıdırlar. Hər startapı yalnız CEO və ya təsisçi təmsil edə bilər (başqa şəxsə həvalə edilə bilməz). İştirakçılar həmçinin Dünya İqtisadi Forumunun afilə edilmiş mərkəzləri (o cümlədən 4Sİ Azərbaycan Mərkəzi), tərəfdaş şirkətlər və ya akademik qurumlar tərəfindən seçilə bilərlər. Görüşdə iştirakı təsdiqlənən startaplara DİF tərəfindən dəvət göndəriləcək.
İştirakın üstünlükləri:
- 4SİM vasitəsilə startaplar üçün 7 min frank ödəmədən tədbirdə iştirak hüququ;
- 1600-dən çox qlobal lider və investorla yeni tərəfdaşlıqlar və investisiya imkanları;
- innovativ məhsul və xidmətlərin qlobal auditoriyaya təqdim olunma imkanı;
- Süni intellekt, kvant texnologiyaları və biotexnologiya sahəsində trendlər üzrə praktik təcrübə;
- Yeni bazarların aşkar edilməsi.
📄 Ətraflı məlumat və qeydiyyat üçün: https://wefglobal.eu.qualtrics.com/jfe/form/SV_cSHjwVvTxXIkKhw
📌 Müraciət üçün son tarix: 30 aprel 2025
📌 Anketdə “sizin startapı təklif edən qurum” sualına “C4IR Azerbaijan” yazmağı unutmayın.
Əlaqə üçün
Email: pmo@4sim.gov.az
Telefon: +994 70 622 53 63