4SİM ilə Çin təşkilatları arasında əməkdaşlığa dair memorandumlar imzalandı

17 aprel 2025

Pekində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) birgə təşkilatçılığı, Pekin şəhər İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib.



Tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT və digər sahələrdə fəaliyyət göstərən 200-dək sahibkar qatılıb.



Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov konfransda iştirak edib. F. Cəfərov 4SİM-in fəaliyyəti, milli iqtisadiyyatda dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlı təşəbbüslər və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimatla çıxış edib.



Səfər çərçivəsində 4SİM-in icraçı direktoru ilə CAİCT-nin vitse-prezidenti Li Guanyu arasında ikitərəfli görüş baş tutub. Tərəflər əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.



Daha sonra 4SİM ilə Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası (CAICT) və Ümumdünya Əşyaların İnterneti Konvensiyası Təşkilatı (World Internet of Things Convention – WIOTC) arasında əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.



Memorandumlara əsasən qurumlar sənaye, yaşıl və dayanıqlı inkişaf texnologiyaları kimi sahələrdə əməkdaşlıq edəcəklər. İmzalanmış sənədlər texnologiya transferi ilə yanaşı bilik və təcrübə mübadiləsi, gələcəkdə konkret layihələrin təşkili və birgə tədqiqat proqramlarının icrasını da nəzərdə tutur.
 

DİGƏR XƏBƏRLƏR

İİTKM DIF-in "Strateji Zəka" platformasında məzmun təchizatçısı olan ilk dövlət qurumudur

XƏBƏRƏ BAXIN

4SİM yerli startapçıları Çində keçiriləcək “Yeni Çempionlar 2025” tədbirinə dəvət edir

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb