Vəzifə haqqında:
HPC (Yüksək performanslı hesablama avadanlığı) üzrə texniki məsul şəxs (menecer)
HPC avadanlığı üzrə təqdim ediləcək məhsulların inkişafı prosesinə rəhbərlik edəcək yüksək motivasiyalı və təcrübəli şəxs axtarılır. Bu texniki məsul vəzifə üzrə işləyəcək şəxs birbaşa HPC üzrə məsul şəxsə hesabat verəcək. Vəzifənin əsas məsuliyyəti HPC üzrə təqdim ediləcək xidmət və məhsullara dair yol xəritəsinin müəyyənləşdirilməsi və idarə edilməsindən ibarət olacaq. Bu vəzifədə işləyərkən avtomatlaşdırma, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və dövlət qurumları olan müştərilərin dəyişən tələblərinə uyğun imkanların genişləndirilməsi diqqət mərkəzində olmalıdır.
1. Əsas vəzifələr:
1.1. Məhsul strategiyası və yol xəritəsi. HPC xidmətləri üçün məhsullara dair yol xəritəsinin müəyyənləşdirilməsi və idarə edilməsi. Burada avtomatlaşdırılmış xidmət təqdimatı (resursların təminatı, məlumat ötürülməsi, iş yükünün idarə olunması, analitika və xərclərə nəzarət) diqqət mərkəzində olmalıdır ki, müəssisə səviyyəsində bulud təcrübəsi təmin edilsin;
1.2. Funksionallığın araşdırılması və innovasiya. Müştərilər üçün əlavə dəyər yaratmaq məqsədilə HPC sahəsində yeni avadanlıq modelləri, texnologiyalar və prioritetlərin müəyyənləşdirməsi və qiymətləndirilməsi;
1.3. İstifadəçi təcrübəsi: HPC resurslarına çıxışı sadələşdirən və fasiləsiz istifadə təcrübəsi təmin edən xidmət portalının dizaynı və tətbiqi;
1.4. Maraqlı tərəflərlə iş prosesinin idarə olunması: HPC mühəndisləri, sistem mühəndisləri, İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları, tədqiqat institutları, həmçinin onların xidmət təminatçıları ilə əməkdaşlıq edərək tələblərin toplanılması və məhsulun uyğunluğunun təmin edilməsi;
1.5. Bazar araşdırması və təhlil: HPC sahəsində sənaye prioritetləri, müştəri ehtiyaclarını və rəqabət mühitini anlamaq məqsədilə bazar araşdırmalarının aparılması;
1.6. Əməkdaşlıq və kommunikasiya: Funksiyaların prioritetləşdirilməsi, məhsul ehtiyatı siyahısının idarə olunması və yüksək keyfiyyətli məhsulların vaxtında təqdim olunması üçün mühəndis komandası ilə sıx əməkdaşlığın təşkili;
1.7. Performansın (istehsal səviyyəsinin) monitorinqi: Məhsulun performansını, istifadəçi məmnuniyyətini və əməliyyat səmərəliliyini izləmək üçün göstəricilərin hazırlanması.
2. İxtisas tələbləri
2.1. Texnologiya yönümlü mühitdə, xüsusilə, HPC və ya bulud texnologiyaları sahəsində texniki məsul mütəxəssis üzrə sübut olunmuş təcrübə;
2.2. Yüksək performanslı hesablama anlayışları, arxitekturası və tətbiqləri üzrə dərin biliklər;
2.3. Avtomatlaşdırılmış xidmət təqdimatı, resursların idarə olunması və iş yükü idarəetmə sistemləri ilə iş təcrübəsi;
2.4. Mürəkkəb texniki anlayışları anlamaq və onları həm texniki, həm də qeyri-texniki auditoriyaya effektiv şəkildə izah etmək bacarığı;
2.5. Maraqlı tərəflərlə (stakeholder) aparılan işin idarə edilməsi və kommunikasiyası sahəsində bacarıqlar;
2.6. Güclü analitik düşüncə və problem həlletmə qabiliyyəti;
2.7. Dövlət qurumlarının tələbləri və satınalma prosedurları ilə bağlı biliklər üstünlük kimi qiymətləndirilir;
2.8. Kompüter elmləri, mühəndislik və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi. Magistr dərəcəsinə üstünlük verilir.
3. Əsas istiqamətlər
3.1. Avtomatlaşdırılmış xidmətin təşkili. HPC resurslarının, məlumat ötürülməsinin və iş yükünün idarə olunmasının problemsiz və səmərəli təşkil olunması;
3.2. İstifadəçi təcrübəsi. HPC xidmətlərinə çıxış və idarəetmə üçün intuitiv portalın hazırlanması. HPC, AI və CI/CD müştəri iş axınlarının bir hissəsi kimi HPC resurslarından istifadə etməyə imkan verən API təqdim olunması;
3.3. Yeni imkanların aşkarlanması. HPC imkanlarını artırmaq məqsədilə yeni aparat modellərinin və texnologiyalarının müəyyən edilməsi və inteqrasiyası;
3.4. Sahə üzrə ekspertiza. Tətbiqi tədqiqat, süni intellekt və digər əlaqəli sahələrdə HPC tətbiqlərinin ehtiyaclarının dərk edilməsi;
3.5. Maraqlı tərəflərlə razılaşmalar. Sistem mühəndisləri, HPC mühəndisləri, İqtisadiyyat Nazirliyi digər dövlət qurumları və tədqiqat institutları ilə sıx əməkdaşlıq.
4. Təklif etdiklərimiz
Bu vəzifə aşağıdakı üstünlüklərlə unikal bir imkan təqdim edir:
- Ən son texnologiyalara çıxış imkanı;
- Azərbaycanın elmi və texnoloji inkişafına töhfə vermək imkanı;
- HPC, bulud və süni intellekt sahələrində baxış və sahə biliklərini inkişaf etdirmək üçün unikal fürsət;
- Dövlət, sənaye və akademik sahədə innovasiya liderləri ilə əlaqə qurmaq imkanı;
- Beynəlxalq konfranslara qatılmaq və bunun üçün nəzərdə tutulmuş səyahət büdcəsi.
5. Komanda tərkibi
5.1. Bu vəzifə üzrə əsas komanda sistem mühəndisləri və HPC mühəndislərindən ibarət olacaq. Əsas maraqlı tərəf İqtisadiyyat Nazirliyidir. Əsas müştərilər isə tətbiqi tədqiqat, süni intellekt, geoməkan və digər HPC ehtiyacları olan dövlət qurumları və onların xidmət təminatçılarıdır.
6. Əsas tərəf və öhdəliklər aşağıdakı kimidir:
|
Vəzifə |
Öhdəlik |
|
HPC məhsul meneceri |
Məhsul yol xəritəsinin hazırlanması, tələblərin toplanması, maraqlı tərəflərin idarə olunması və innovasiyaların təşviqi |
|
Sistem mühəndisləri |
HPC infrastrukturunun və avtomatlaşdırma sistemlərinin qurulması və saxlanılması |
|
ML Ops Mühəndisləri |
ML yükləmələrinin işlədilməsi üçün infrastrukturun uyğunlaşdırılması, yerləşdirilməsi və dəstəklənməsi |
|
HPC mühəndisləri |
Performansın optimallaşdırılması, istifadəçilərin dəstəklənməsi və HPC iş yüklərinin idarə olunması |
|
İqtisadiyyat Nazirliyi |
Maliyyələşmə və strateji istiqamət təminatı |
|
Dövlət qurumları / Tədqiqat institutları |
HPC resurslarından tədqiqat və inkişaf məqsədilə istifadə |
Bu vəzifə HPC sahəsində dövlət qurumlarının tədqiqat və inkişaf hədəflərinə çatmasına imkan verən qabaqcıl həllərin hazırlanması sahəsində dərin biliklər tələb edir.
Maraqlanan şəxslər tərcümeyi-hal (CV) ilə office@4sim.gov.az email ünvanına (məzmun yerinə vakansiyanın adını qeyd etməklə) müraciət edə bilər..
Son müraciət tarixi: 31 iyul 2025-ci il.
