4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21 iyul 2025

20 iyul 2025-ci il tarixində Pekində keçirilən “Ağıllı əlaqələndirilmiş rəqəmsal iqtisadiyyatın inkişaf strategiyası Forumu”nda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini Soltan Bayramov videoçıxış formatında iştirak edib. 


Forumun keçirilməsində məqsəd hökumət və şirkətlərə rəqəmsal iqtisadiyyatın inkişafı üçün strategiyalar formalaşdırmaqda dəstək və bu sahədə qlobal standartların müəyyənləşdirilməsinə töhfə verməkdir.


Ümumdünya Əşyaların İnterneti Konvensiyası (WIOTC) tərəfindən təşkil edilən tədbirdə Soltan Bayramov Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlar, o cümlədən sənaye 4.0 transformasiyası və insan kapitalının inkişafı üzrə həyata keçirilən kompleks tədbirlər və gələcəyə baxış barədə iştirakçılara məlumat verib.


Qeyd edək ki, 4SİM və WIOTC arasında bu ilin aprel ayında əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.

DİGƏR XƏBƏRLƏR

4SİM və DİF-in Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzi arasında 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib

XƏBƏRƏ BAXIN

4SİM və Parisdəki Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi arasında  əməkdaşlıq imkanları müzakirə edilib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb