Elan: HPC (Yüksək Performanslı Hesablama Avadanlığı) baş mühəndisi 

24 iyul 2025

Vəzifə haqqında:


HPC-nin təqdim edəcəyi xidmətləri əks etdirən platformanın layihələndirilməsi, qurulması və istismarı ilə məşğul olan mühəndis komandasına rəhbərlik və HPC üzrə məsul şəxsə (icraçı menecer) hesabat verilməsi.


Müştərilərə portal və Application Programming Interface (API) vasitəsilə xidmətlərin təqdim olunması prosesinə nəzarət edilməsi, fasiləsiz və təhlükəsiz istifadəçi təcrübəsinin təmin edilməsi. Süni intellekt və HPC üzrə mühəndislər üçün seçilmiş açıq mənbə kodlu proqram təminatlarının işə salınması və inteqrasiyası istiqamətində həyata keçirilən işlərə rəhbərlik. 


1.       Əsas vəzifələr:


1.1.    Sistem mühəndisləri, Machine Learning Operations (ML Ops) mühəndisləri və HPC mühəndislərindən ibarət komandaya rəhbərlik və mentorluq; 
1.2.    HPC üzrə xidmət platformasının hazırlanması və aktuallığının saxlanılması;
1.3.    Portal və API-lər vasitəsilə HPC resurslarının təhlükəsiz və etibarlı şəkildə təqdim olunması;
1.4.    Açıq mənbə və kommersiya alətləri daxil olmaqla proqram paketlərinin yerləşdirilməsi və inteqrasiyasına nəzarətin təşkili; 
1.5.    Məhsullar üzrə əlaqəli şəxslər və digər maraqlı tərəflərlə əməkdaşlıq edərək bu istiqamətdə yol xəritəsinin və prioritetlərin müəyyən edilməsi; 
1.6.    Sistem inzibatçılığı, təhlükəsizlik və proqram təminatının yerləşdirilməsi üzrə ən yaxşı təcrübələrin tətdbiqi; 
1.7.    HPC mühiti üçün infrastruktur və tutum planlamasının idarə edilməsi;
1.8.    Həssas məlumatların və resursların qorunması məqsədilə təhlükəsizlik siyasətləri və prosedurlarının tətbiqi və onlara nəzarət; 
1.9.    Sistem performansının izlənilməsi, fasiləsiz və etibarlı işləməsini təmin etmək üçün nasazlıqların aradan qaldırılması. 

 

2.    İxtisas tələbləri


2.1.     Kompüter elmləri, mühəndislik və ya əlaqəli texniki sahə üzrə bakalavr dərəcəsi; 
2.2.     Mühəndis komandalarının idarə olunmasında sübut olunmuş təcrübə;
2.3.     HPC konseptləri və texnologiyaları üzrə dərin biliklər; 
2.4.     Xidmət təminatı platformaları və API-lərlə iş təcrübəsi; 
2.5.     Süni intellekt (AI) və HPC sahəsində istifadə olunan açıq mənbəli və kommersiya proqram təminatları haqqında biliklər; 
2.6.     Sistem inzibatçılığı, informasiya təhlükəsizliyi və proqram təminatının yerləşdirilməsi sahəsində təcrübə; 
2.7.     Bulud texnologiyaları və infrastrukturuna dair məlumatlılıq; 
2.8.     Əla ünsiyyət və əməkdaşlıq bacarıqları.

 

3.    Əsas  istiqamətlər:


3.1.    Xidmətlər: Portal və API-lər vasitəsilə fasiləsiz və təhlükəsiz xidmətlərin göstərilməsi; 
3.2.    Proqram təminatının inteqrasiyası: Açıq mənbəli və kommersiya proqram təminatlarının seçilməsi və inteqrasiya edilməsi; 
3.3.    Təhlükəsizlik: Həssas məlumatların və resursların qorunması üçün təhlükəsizlik tədbirlərinin görülməsi; 
3.4.    İstifadəçi təcrübəsi: AI və HPC mühəndisləri üçün istifadəçi təcrübəsinin optimallaşdırması. 

 

4.    Təklif etdiklərimiz


4.1.    Ən müasir texnologiyalarla işləmək imkanı;
4.2.     Azərbaycanın elmi və texnoloji inkişafına töhfə vermək imkanı; 
4.3.    HPC, bulud və süni intellekt sahələri üzrə dərin biliklərin əldə edilməsi imlanı; 
4.4.    Dövlət, sənaye və akademik sahələrdə innovasiya liderləri ilə əməkdaşlıq imkanı; 
4.5.    Beynəlxalq konfranslara çıxış və müvafiq ezamiyyət büdcəsi 

5.     Komanda tərkibi


5.1.    Bu vəzifə üzrə əsas komanda sistem mühəndisləri və HPC mühəndislərindən ibarət olacaq. Əsas maraqlı tərəf İqtisadiyyat Nazirliyidir. Əsas müştərilər isə tətbiqi tədqiqat, süni intellekt, geoməkan və digər HPC ehtiyacları olan dövlət qurumları və onların xidmət təminatçılarıdır.


6.    Əsas tərəf və öhdəliklər aşağıdakı kimidir:

Vəzifə      Öhdəlik
Sistem mühəndisləri İnfrastrukturun, sistem inzibatçılığının və texniki xidmətin həyata keçirilməsi
ML Ops mühəndisləri Maşın öyrənməsi infrastrukturlarının yerləşdirilməsi və idarə olunması
HPC mühəndisləri  HPC-nin iş yükünün optimallaşdırılması və dəstəyi  

 

Bu vəzifə HPC sahəsində dövlət qurumlarının tədqiqat və inkişaf hədəflərinə çatmasına imkan verən qabaqcıl həllərin hazırlanması sahəsində dərin biliklər tələb edir. 

Maraqlanan şəxslər tərcümeyi-hal (CV) ilə office@4sim.gov.az email ünvanına (məzmun yerinə vakansiyanın adını qeyd etməklə) müraciət edə bilər.


Son müraciət tarixi: 1 avqust 2025-ci il.
 

DİGƏR XƏBƏRLƏR

4SİM və DİF-in Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzi arasında 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib

XƏBƏRƏ BAXIN

4SİM və Parisdəki Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi arasında  əməkdaşlıq imkanları müzakirə edilib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb