Kolumbiyanın 4Sİ Medellín Mərkəzi ilə onlayn görüş keçirilib

23 iyul 2025

Kolumbiyanın 4Sİ Medellín Mərkəzinin rəhbəri ilə onlayn formatda görüşdə süni intellekt və qabaqcıl texnologiyaların tətbiqi üzrə əməkdaşlıq imkanları müzakirə olunub. 

 

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Dünya İqtisadi Forumu şəbəkəsinə daxil olan Kolumbiyanın 4Sİ Medellín Mərkəzi arasında onlayn formatda görüş keçirilib. 


4SİM-in icraçı direktoru Fariz Cəfərov kolumbiyalı həmkarı Katalina Restrepo ilə görüşdə Mərkəzin icra etdiyi “Sənaye 4.0 Hazırlıq Proqramı”, insan kapitalının inkişafı ilə bağlı “Milli Proqram” və rəqəmsal iqtisadiyyyatın inkişafı ilə bağlı tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycanda ictimai xidmətlərin göstərilməsində süni intellekt həlləri geniş tətbiq olunur.


Tərəflər süni intellekt və qabaqcıl texnologiyaların dövlət idarəçiliyində, təhsil sistemində və səhiyyə sahəsində tətbiqi üzrə fikir mübadiləsi aparıblar. Müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
 

DİGƏR XƏBƏRLƏR

“4Sİ Akademiyası - Milli Proqram”ın ilk ayı uğurla başa çatdı!

XƏBƏRƏ BAXIN

2026-cı ilin TOP 10 inkişaf etməkdə olan texnologiyası

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb