“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

24 iyul 2025

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən şirkətlər üçün texnoloji transformasiyaya dair ilk qısamüddətli, intensiv təlim (“bootcamp”) təşkil edilib.

 

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilən “Sənaye 4.0 Hazırlıq Proqramı” (S4HP) çərçivəsində ilk texnoloji transformasiya “bootcamp”ı (qısamüddətli, intensiv təlim) keçirilib. “Bootcamp” S4HP-nin bu sahədə ilk təşəbbüsüdür. Proqramın məqsədi yerli şirkətlərin texnoloji transformasiyasını sürətləndirmək və innovasiyaların tətbiqi ilə onların fəaliyyətində səmərəliliyi artırmaqdır. 


Tədbirdə S4HP-nin pilot mərhələsində iştirak edən “STP Global Cable”, “Metak” və “Azerfloat” şirkətlərinin texnoloji transformasiya üzrə məsul şəxsləri və mütəxəssisləri iştirak ediblər.


Tədbirin açılışında 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov proqramın son mərhələsinə keçmiş iştirakçılara uğurlar arzulayıb. Sənayedə tətbiq olunan son rəqəmsal texnologiyalar barədə praktiki biliklərin aşılanmasında “bootcamp”ın önəmi qeyd olunub. 


Beynəlxalq ekspert Cem Arslan robotlar, sensorlar və fiziki avtomatlaşdırma texnologiyaları haqqında məlumat verib, bu yöndə müzakirə aparılıb. 


Tədbirdə proseslərin rəqəmsallaşdırılması və proqram təminatları ilə avtomatlaşdırma mövzusunda təqdimatlar keçirilib. İştirakçılar verilənlərin təhlili və süni intellektin sənaye proseslərində tətbiqi barədə məlumatlandırılıblar.


Yerli müəssisələr “industry4.az” portalı vasitəsilə S4HP proqramına müraciət edə bilərlər. 
 

DİGƏR XƏBƏRLƏR

4SİM “Gələcək üçün bacarıqlar” mövzusunda icma nümayəndələri ilə görüş keçirib

XƏBƏRƏ BAXIN

Sumqayıt Sənaye Parkında “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə dair vörkşop keçirilib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb