4SİM və “Mastercard” arasında əməkdaşlıq imkanları müzakirə edilib

01 avqust 2025

4SİM-in icraçı direktoru Fariz Cəfərov və “Mastercard” şirkətinin Şərqi Avropa üzrə vitse-prezidenti Engin Yaşar arasında videokonfrans formatında görüş keçirilib.

 

Görüşdə 4SİM-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verilib, tərəflər arasında əməkdaşlıq potensialına dair fikir mübadiləsi aparılıb.

 

Müzakirələrdə “Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində əməkdaşlıq, “Sənaye 4.0 Mərkəzi”ndə “Mastercard” şirkətinin dəstəyi ilə xüsusi bölmənin yaradılması və birgə maarifləndirici tədbirlərin təşkili kimi məsələlər diqqət mərkəzində olub.

 

Tərəflər gələcək əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını müzakirə edib və müvafiq işçi qrupların yaradılması barədə razılığa gəliblər.

DİGƏR XƏBƏRLƏR

Texnoloji transformasiyanın istehsal müəssisələrinə təsiri

XƏBƏRƏ BAXIN

"Qaranlıq fabriklər" nədir və istehsalın gələcəyini necə dəyişir?

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb