4SİM və ADNSU arasında əməkdaşlıq imkanları müzakirə olunub

05 sentyabr 2025

Görüşdə sənaye 4.0 sahəsində əməkdaşlıq imkanları və birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov arasında görüş keçirilib.

 

ADNSU rektoru Rüfət Əzizov universitetin tədris prosesinin təşkili, ikili diplom proqramları, 5 illik inkişaf strategiyası və infrastruktur imkanları barədə məlumat verib.

 

4SİM-in icraçı direktoru Fariz Cəfərov öz növbəsində qurumun cari layihələri, Dünya İqtisadi Forumu ilə əməkdaşlıq, “Sənaye 4.0 Hazırlıq” Proqramı, yeni yaradılacaq Sənaye 4.0 Mərkəzi və “Milli Proqram” çərçivəsində insan kapitalının inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb.

 

Görüşdə ADNSU tələbələrinin və əməkdaşlarının “Milli Proqram”da fəal iştirakı qeyd olunub. Bildirilib ki, 1800 nəfər tələbə və müəllim “Coursera” platformasında 3400-dən çox beynəlxalq kursu uğurla başa vurub.

 

Tərəflər yeni texnologiyaların sənaye sahəsində tətbiqinə yönəlmiş birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsini, beynəlxalq və yerli elmi konfransların, seminar və simpoziumların təşkili imkanlarını da müzakirə ediblər.

 

Bununla yanaşı, tələbələr üçün təcrübə və mentorluq proqramlarının tətbiqi, universitet-sənaye tərəfdaşlığı əsasında startaplara dəstək mexanizmlərinin genişləndirilməsi, sənaye liderlərinin akademik fəaliyyətlərə cəlb olunması və qonaq mühazirələrin təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Tərəflər, həmçinin, Azərbaycanın təhsil və sənaye sektorunun texnoloji transformasiyasını sürətləndirmək, innovativ iqtisadiyyata keçidi dəstəkləmək məqsədilə ADNSU-nun qlobal bilik şəbəkələrinə çıxışı təmin edən Dünya İqtisadi Forumunun “Strategic Intelligence” platformasına qoşulmasının əhəmiyyətini vurğulayıblar.

 

Qeyd edək ki, cari ilin iyul ayında 4SİM və ADNSU arasında Əməkdaşlığa dair Memorandum imzalanıb.

 

Sonda universitetin infrastruktur imkanlarına birgə baxış keçirilib.

DİGƏR XƏBƏRLƏR

4SİM və DİF-in Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzi arasında 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib

XƏBƏRƏ BAXIN

4SİM və Parisdəki Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi arasında  əməkdaşlıq imkanları müzakirə edilib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb