Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Mingəçevirdə keçirilən “Regional Universitet-Sənaye Birliyi Sammiti 2025” tədbirində təmsil olunub.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) əsas tərəfdaşlığı, Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və “HBN Group”un təşkilatçılığı ilə keçirilən tədbirə Mingəçevir, Gəncə, Şəki, Zaqatala, Naftalan Qəbələ və digər bölgələrdən 10 minə yaxın iştirakçı qatılıb.
Sammitin məqsədi regionlarda universitet-sənaye əməkdaşlığını formalaşdırmaq, startap və innovasiya təşəbbüslərinə dəstək vermək, dövlət və özəl sektorun birgə iştirakını təmin etməklə regional iqtisadi inkişafı sürətləndirmək olub.
4SİM-in Layihələrin idarəolunması şöbəsinin rəhbəri Gülminə Məlikzadə qurumun insan kapitalının inkişafı ilə bağlı icra etdiyi “Milli Proqram” və bizneslərin texnoloji transformasiyasını sürətləndirmək məqsədi ilə həyata keçirdiyi “Sənaye 4.0 Hazırlıq” Proqramı barədə ətraflı məlumat verib.
4SİM həmçinin tədbirin sərgi hissəsində öz stendi ilə iştirak edib. Ziyarətçilərə “Milli Proqram” barədə məlumat verilib və hədiyyə (lisenziya) kuponları təqdim olunub.




