4SİM-in nümayəndə heyəti Malayziyada Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31 oktyabr 2025

4SİM-in nümayəndə heyəti Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Dünya İqtisadi Forumu (DİF) və Malayziya Dördüncü Sənaye İnqilabı Mərkəzi tərəfindən birgə təşkil olunan “Zəka Dövrünü gücləndirmək: Cənub-Şərqi Asiyada regional əməkdaşlığın dərinləşdirilməsi” adlı beynəlxalq tədbirdə iştirak edib.

 

DİF-in Süni İntellekt Mükəmməliyi Mərkəzinin rəhbəri Kesi Linin də iştirak etdiyi tədbirin sessiyaları zamanı süni intellektin təhlükəsiz tətbiqi, sənaye klasterlərinin transformasiyası, rəqəmsal iqtisadiyyatın inkişafı və yaşıl enerji ticarəti kimi mövzular müzakirə olunub.

 

Tədbir çərçivəsində 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov sənayedə texnoloji transformasiya mövzusunda panel sessiyada çıxış edərək Azərbaycanın “Sənaye 4.0 Hazırlıq” Proqramı və DİF-in “Keçid edən sənaye klasterləri” təşəbbüsü üzrə ölkəmizdə görülən işlər barədə məlumat verib.

 

4SİM nümayəndələri Malayziya Dördüncü Sənaye İnqilabı Mərkəzi və DİF tərəfindən birgə təşkil olunan “Süni İntellekt” və “Enerji” adlı qapalı sessiyalarda iştirak ediblər. Sessiyada süni intellektin enerji səmərəliliyi, dayanıqlılığı və karbonsuzlaşma proseslərində rolu müzakirə olunub.

 

Tədbir çərçivəsində Malayziya və Koreya Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin rəhbərliyi ilə keçirilən görüşlərdə fikir və təcrübə mübadiləsi aparılıb.

DİGƏR XƏBƏRLƏR

4SİM və DİF-in Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzi arasında 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib

XƏBƏRƏ BAXIN

4SİM və Parisdəki Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi arasında  əməkdaşlıq imkanları müzakirə edilib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb