4SİM-in icraçı direktorunun müavini Türkiyənin MEXT Texnologiya Mərkəzində olub

16 yanvar 2026

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini Soltan Bayramov Türkiyənin İstanbul şəhərində yerləşən MEXT Texnologiya Mərkəzində olub. Mərkəzin qurulması və əməliyyat modeli, idarəetmə mexanizmləri ilə yaxından tanış olub.

 

Səfər zamanı MEXT Texnologiya Mərkəzinin icraçı direktoru Barış Arıkan və icraçı meneceri Efe Erdem ilə keçirilən görüşdə “rəqəmsal fabrik” modeli, sənaye müəssisələrinin texnoloji və yaşıl transformasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Aparılan müzakirələrdə Azərbaycanda oxşar modellərin tətbiqi və tərəflər arasında əməkdaşlığın genişləndirilməsi qiymətləndirilib.

 

DİGƏR XƏBƏRLƏR

4SİM və DİF-in Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzi arasında 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib

XƏBƏRƏ BAXIN

4SİM və Parisdəki Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi arasında  əməkdaşlıq imkanları müzakirə edilib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb