4SİM və “Coursera” yerli tərəfdaşlar üçün “Course Builder” aləti ilə bağlı vebinar keçirib

22 may 2026

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Coursera” tərəfindən yerli tərəfdaşlar üçün “Course Builder” alətinin imkanları və üstünlüklərinə həsr olunmuş vebinar keçirilib.

 

Vebinarda “4Sİ Akademiyası - Milli Proqram”ın yaratdığı imkanlarla ali təhsil müəssisələrini və özəl şirkətləri yaxından tanış etmək, həmçinin onların qlobal platformada tanınmasına dəstək məsələləri müzakirə olunub.

 

“Course Builder” aləti ali təhsil müəssisələri və qurumlara Azərbaycan dilində öz təlimlərini yaradaraq “Coursera” platformasında yerləşdirmək imkanı verir. Platformadakı digər təlim və kurslarda olduğu kimi, bu təlim və kurslar üzrə də sertifikatlar əldə edilə bilər.

 

Qeyd edək ki, “Milli Proqram”da iştirak edən 2 yerli təlim təminatçısı tərəfindən “Coursera” platformasında Azərbaycan dilində yerləşdirilən 25 təlimdən 2656 istifadəçi yararlanıb, ümumilikdə 6208 təlim uğurla tamamlanıb.

 

Vebinara 35-ə yaxın ali təhsil müəssisəsi, eləcə də dövlət və özəl sektordan 100-dən çox iştirakçı qoşulub.

DİGƏR XƏBƏRLƏR

Slovakiya ilə iqtisadi-ticarət əməkdaşlığı müzakirə edilib

XƏBƏRƏ BAXIN

“Ağıllı şəhərlər, dayanıqlı gələcək: Şəhər transformasiyasında süni intellekt və əşyaların interneti” adlı “4SİM Talks” tədbiri keçirilib.

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb