4SİM rəqəmsal iqtisadiyyat sahəsində həyata keçirilən layihələrdə iştirak etmək istəyənlər üçün 3 aylıq yay təcrübə proqramı elan edir.
Aşağıda qeyd olunan istiqamətlərdə bilik və bacarıqlara malik tələbələr və yeni məzun olmuş gənclər proqramda iştirak üçün müraciət edə bilərlər.
• Mobil tətbiq tərtibatı – SwiftUI, Kotlin, C#, .NET, PostgreSQL
• İT layihə koordinatorluğu
• Frontend tərtibatı – HTML, CSS, JavaScript, TypeScript, React, Git
• Data analitikası – Power BI, Python, Web Scraping, ETL
• SMM – Photoshop, Canva
• Layihələrin hesabatlılığı
• Kontent yaradıcılığı və rəqəmsal marketinq
• Ümumi bacarıqlar: problem həll etmə, tədqiqat, analitik düşüncə, çeviklik və Microsoft Office bacarıqları
* Tədqiqat və analitika: tədqiqat metodologiyası, analitik təhlil və düşüncə, məlumat mənbələrinin qiymətləndirilməsi, tədqiqat sənədlərinin hazırlanması, İngilis dili (B2+)
Qeyd: Təcrübə proqramını uğurla bitirən namizədlərə sertifikat veriləcək. Proqram hibrid formada həyata keçiriləcəkdir.
Seçilmiş namizədlərə 4SİM tərəfindən bildiriş göndəriləcəkdir.
Müraciət üçün: https://forms.gle/76HjV7FroGDbCpFC9
Son müraciət tarixi: 8 iyun 2026-cı il.
