4SİM DIF-in "Enerji Forumu 2026" tədbirində təmsil olunub

25 sentyabr 2026

4SİM-in icraçı direktoru Fariz Cəfərov Dünya İqtisadi Forumunun Cenevrədə keçirilən “Enerji Forumu 2026” tədbirində süni intellekt və enerji infrastrukturunun inkişafı məsələlərinə dair çıxış edib.



İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Dünya İqtisadi Forumunun (DİF) Cenevrədə təşkil etdiyi “Enerji Forumu 2026 - Yeni enerji çağırışlarına həll yolları” tədbirində təmsil olunub. Forumda enerji təhlükəsizliyi, artan enerji tələbatının qarşılanması, dayanıqlı və əlçatan enerji sistemlərinin qurulması, enerji innovasiyalarının sürətləndirilməsi və yeni texnologiyaların tətbiqi kimi məsələlər müzakirə olunub.



Qlobal enerji və texnologiya ekosisteminin yüksək səviyyəli nümayəndələrini bir araya gəldiyi tədbirdə 4SİM-in icraçı direktoru Fariz Cəfərov “Süni intellektin enerji çağırışı və imkanları: Növbəti addım nədir?” adlı sessiyada çıxış edib. Süni intellektin geniş tətbiqi üçün rəqəmsal və enerji infrastrukturunun paralel inkişafının, etibarlı məlumat bazasının və müvafiq investisiya mexanizmlərinin vacibliyi vurğulanıb.



Həmçinin 4SİM-in DİF-in Süni İntellektin Enerji Təsiri (AI Energy Impact Initiative) təşəbbüsü ilə birgə həyata keçirdiyi “Gələcəyin binalarının pilot tətbiqi: Azərbaycanın süni intellekt və enerji üzrə yol xəritəsi” (Piloting Buildings of the Future: Azerbaijan’s AI-Energy Playbook) araşdırma layihəsinin nəticələri təqdim olunub. Pilot layihə süni intellekt əsaslı həllərin binalarda havalandırma, isitmə və soyutma (HVAC) sistemlərinin enerji istifadəsini 25%-dək, emissiyaları isə 20-40% azaltmaq potensialını nümayiş etdirib.

DİGƏR XƏBƏRLƏR

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

XƏBƏRƏ BAXIN

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb