İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

27 sentyabr 2026

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbə qazandığı Vətən müharibəsinin başlanmasından altı il ötür. 27 sentyabr - Anım Günü qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın rəmzidir.



İqtisadiyyat Nazirliyinin kollektivi Anım Günündə Zəfər Parkını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib. Parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.



Şanlı tarix yazan qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik!

DİGƏR XƏBƏRLƏR

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

XƏBƏRƏ BAXIN

“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb