“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib

26 sentyabr 2026

Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya təşkil edilib.



Forumun strateji tərəfdaşı olan “TEHA Group”un Beynəlxalq əlaqələr üzrə koordinatoru Filippo Malinvernonun moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev insan kapitalının inkişafı, əmək bazarının gələcək bacarıqlara uyğunlaşdırılması və müasir iqtisadiyyatın tələblərinə cavab verən kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.



Paneldə elm və təhsil nazirinin müavini Həsən Həsənli, “PAŞA Holding” şirkətinin baş icraçı direktoru Cəlal Qasımov, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov,,“SABAH.HUB”ın baş icraçı direktoru Rəhim Bayramlı və “Şişecam” şirkətinin baş icraçı direktoru Can Yücel iştirak ediblər.



Tədbirdə insan kapitalının inkişafının Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyətinin və iqtisadi şaxələndirməsinin təmin edilməsində rolu, gələcəyin bacarıqları, rəqəmsal imkanlar və müasir liderlik yanaşmaları müzakirə edilib. Həmçinin, universitetlər, biznes və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, istedadların cəlb edilməsi və inkişaf etdirilməsi, məşğulluq imkanlarının artırılması, innovasiya və sahibkarlığın dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

DİGƏR XƏBƏRLƏR

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

XƏBƏRƏ BAXIN

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb