Coursera bələdçisi


Coursera bələdçisi

Milli Proqramın təqdim etdiyi növbəti funksionallıq isə “Coursera Coach”dır (Coursera Bələdçisi).



“Coursera Coach” (Coursera bələdçisi) istifadəçilərin fərdi təhsil və karyera məqsədlərinə uyğun şəkildə yönləndirilməsi üçün yaradılmış süni intellekt əsaslı ağıllı bələdçi funksiyasıdır. Belə ki, bu alət platformadakı minlərlə kurs arasında istifadəçinin ehtiyac və maraqlarına ən uyğun olanları seçməkdə yardımçı olur.

 

Coursera Coach nələr edə bilir?

 

  • Şəxsi tövsiyələr verir: İstifadəçinin bacarıqları, maraqları, keçmiş kursları və karyera məqsədləri əsasında fərdi kurs tövsiyələri təqdim edir.

 

  • Sürətli yönləndirmə: “Mən data analitikası sahəsinə başlamaq istəyirəm” kimi suallara əsasən dərhal uyğun kursları siyahıya alır.

 

  • Öyrənmə yol xəritələri (roadmap) yaradır: İstifadəçiyə öz məqsədinə çatmaq üçün hansı kursları hansı ardıcıllıqla keçməli olduğunu göstərir.

 

  • Peşəkar inkişaf üçün dəstək verir: CV-yə əlavə ediləcək mühüm kurslar, sahəyə müvafiq bacarıqlar və əmək bazarının standartları barədə məlumat verir.

 

  • 24/7 aktivdir: Coursera Coach zamanından asılı olmayaraq, istifadəçilərin suallarını cavablandırmağa və onları yönləndirməyə hazırdır.

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb